"Neftçi" avrokuboklarda mübarizəyə başlayıb.
Lorentsiu Regekampfın baş məşqçi olduğu komanda Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris"in (Limassol) qonağı olub.
Larnaka şəhərindəki "AEK Arena"da oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib - 0:2.
“Sportinfo TV“də yayımlanan “Futbol söhbəti“ verlişinin aparıcısı Elçin Cəfərov dünənki matçla bağlı maraqlı fikirlər səsləndirib.
Tanınmış telejurnalist “ağ-qaralar“ın çiçəyi burnundakı yeni çalışdırıcısı rumıniyalı Regekampfın oyunboyu etdiyi səhvlərdə seyirçi qalmasının, tətbiq etdiyi planın ciddi mübahisələrə və narahatçılığa səbəb olduğunu deyib.
Regekampfın oyun planını bu formada tətbiq etməsi futbolçularda da ciddi narahatlıq yaradıb.
Yəni, toplu və topsuz epizodlarda komandanın belə aciz qalması rumıniyalı mütəxəssis haqda bəzi sualları da meydana gətirdi.
Xüsusilə bakılıların müdafiə olunarkən etdiyi kobud səhvlərin fonunda, çalışdırıcının seyirçi mövqeyində qalması "Neftçi" adına məyusedici məqamlardan biridir.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

