Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Aris” (Kipr) - “Neftçi” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bukmeker kontorları Larnakada mübarizə aparacaq Bakı təmsilçisini matçın favoriti hesab etmir.
Bu gün “AEK Arena”da baş tutacaq matçda “Neftçi”nin qələbəsi 3,18, məğlubiyyəti 2,26 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,14 əmsal verilib.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

