"Neftçi" Konfrans Liqasında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris"in (Limassol) qonağı olub.
Larnaka şəhərindəki "AEK Arena"da oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib - 0:2.
Limassol təmsilçisinin ilk qolunu 53-cü dəqiqədə Kaju, ikinci qolunu isə 66-cı dəqiqədə Artur Yannik Qomis vurub.
Cavab görüşü bir həftə sonra Bakıda "Bakcell Arena"da keçiriləcək.
21:30. "Aris" (Limassol, Kipr) - "Neftçi" (Azərbaycan) 2:0
Qollar: Kaju, 53, Yannik Qomes, 65
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya)
"AEK Arena"
"Aris": 1. Vana, 3. Kaju, 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke
Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 7. Leo Benqtsson, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave
Baş məşqçi: Aleksey Şpilevski
"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf

