“Neftçi”nin Kiprdə üzləşdiyi münasibət – İndiyə qədər 1 nəfər də olsun...

21 İyul 2022 20:40 Neftçi 1 468
“Neftçi”nin Kiprdə üzləşdiyi münasibət – İndiyə qədər 1 nəfər də olsun...

“Neftçi” bu gün cari avrokubok mövsümündə “siftə” edəcək.

“Ağ-qaralar”ın Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Aris”dir.

Premyer Liqanın gümüş mükafatçısı ilk oyunu səfərdə keçirməyə məhkumdur ki, cavab görüşü öncəsi bu qarşılaşmanın nəticəsindən çox şey asılıdır. Futbol ictimaiyyəti yenilənmiş “Neftçi”ni ilk rəsmi matçda iş başında görəcək.

Hər nə qədər maraqlı olsa da, Limassoldakı “Tsirion” stadionunda baş tutacaq oyunda bakılılar dəstəksiz qalacaq.

Kiprdə azərbaycanlıların yox dərəcədə az olduğunu nəzərə alsaq, qeyri-adi nəsə axtarmağa gərək yoxdur. Üstəlik, yay ayıdır və tələbələr də istirahətdədir.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportinfo.az-a verdiyi məlumata görə, bu günə qədər 1 nəfər də olsun, “Tsirion”dakı oyun üçün müraciət etməyib. Nə Allahverdiyevə, nə də klubun başqa rəsmilərinə.

Bu o deməkdir ki, bakılılar axşamkı dueldə azarkeş dəstəyinə həsrət qalacaq.

“Aris” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!