"Neftçi"də problem təkcə müdafiə xətti ilə bağlı deyil"

21 İyul 2022 00:30 Neftçi 920
"Neftçi"də problem təkcə müdafiə xətti ilə bağlı deyil"

"Oyuna ciddi hazırlaşmışıq və rəqibi yaxşı analiz etmişik.

Buraya nə üçün gəldiyimizi gözəl bilirik. İnanıram ki, sabah buradan yaxşı nəticə ilə qayıdacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç Kiprdə "Aris"ə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Yoxlama görüşlərindəki nəticələri dəyərləndirən 35 yaşlı arxa xəttə oyunçusu bildirib ki, problem təkcə müdafiə xətti ilə bağlı deyil:

"Kompakt oynamırdıq. Yeni oyunçular gəlib. Onların da köməkliyi ilə problemləri aradan qaldırıb, daha az qol buraxmağa çalışacağıq".

İyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!