“Neftçi”nin aldığı yeni legioneri kimi bəyənib: rəhbərlik, yoxsa baş məşqçi? - VİDEO

21 İyul 2022 11:00 Neftçi 3 310
“Neftçi”nin aldığı yeni legioneri kimi bəyənib: rəhbərlik, yoxsa baş məşqçi? - VİDEO

“Neftçi” ötən gün növbəti hücumçu transferini reallaşdırıb.

Belaruslu Yeqor Boqomolski Bakıda yerləşən “Liv Bona Dea” xəstəxanasında tibbi baxışdan keçdikdən sonra onunla 2 il müddətinə müqavilə imzalanıb.

22 yaşlı forvard "ağ-qaralar"ın heyətində 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib,

2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığmasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

“Ağ-qaralar“ onu son anda heyətə qatmaq qərarı verib. Yəni, belaruslu bakılıların transfer siyahısında favoritlərdən olmayıb.

Rəsmilər danışıqlar apardıqları digər legionerləri bura gətirə bilmədiyindən, Boqomolskinin üzərində dayanıblar.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.

Lorentsiu Regekamp 22 yaşlı ön xətt oyunçusu haqda fikri?

Rumıniyalı yeni baş məşqçi “Minsk“dən gələn hücumçunu yaxşı tanımadığı üçün seçimi funksionerlərin öz seçiminə buraxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!