"Neftçi"dən qorxmuruq" - Bunu "Aris"in baş məşqçisi deyir

20 İyul 2022 19:50 Neftçi 1 192
"Neftçi"dən qorxmuruq" - Bunu "Aris"in baş məşqçisi deyir

"Bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik".

Sportinfo.az xəbər verir ki, bunu Kipr "Aris"inin baş məşqçisi Aleksey Şpilevski evdə "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Belarusdan olan mütəxəssis "ağ-qaralar"ın yaxşı komanda olduğunu bildirib:

"Neftçi"nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik".

34 yaşlı baş məşqçi Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini söyləyib:

"Neftçi"nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlaşmışıq.

Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır".

İyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!