«Neftçi»nin yeni baş məşqçisi Lorentsiu Regekampf «Qarabağ» haqda yüksək fikirdədir.
Ötən ay «ağ-qaralar»la 2 illik müqavilə imzalamış rimıniyalı mütəxəssis Ağdam klubunun Çempionlar Liqasında keçirdiyi 3 oyunu izləyəndən sonra bu qənaətə gəlib.
«Köhlən atlar»ın «Lex» və «Sürix»lə matçlarına tamaşa edən çalışdırıcı hətta heyrətini gizlətməyib.
O, «Neftçi» rəsmiləri ilə söhbətində həmkarı Qurban Qurbanovun kifayət qədər güclü komanda formalaşdırdığını, Premyer Liqada çempionluq uğrunda mübarizənin həddən artıq gərgin keçəcəyini bildirib.
Ölkəsində daim qalmaqallı şəxsi həyatı və içki aləminə meylliliyi ilə gündəmə gəlmiş Regekampf qeyd eləyib ki, «Qarabağ»ın oturuşmuş heyəti və bəlli oyun sistemi var.
SPORTİNFO.AZ

