"Neftçi"dən yeni nə xəbər var? - FOTOREPORTAJ

20 İyul 2022 00:40 Neftçi 1 646
"Neftçi"dən yeni nə xəbər var? - FOTOREPORTAJ

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Aris” (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Türkiyə toplanışından qayıdandan sonra birgünlük fasiləyə buraxılan komandanın üzvləri iyulun 17-də məşqlərə başlayıb.

Futbol Mərkəzində baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub. Bu gün səhər Kiprə yola düşəcək “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq.

Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

“Aris” – “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!