Fəhmin Muradbəyli “Neftçi”dən ayrılandan sonra işsiz qalıb.
Faktiki, 26 yaşlı futbolçuya Premyer Liqa klublarından yaxın duran yoxdur.
Səbəbkar saytımıza açıqlamasında karyerasını ölkə xaricində davam etdirmək istədiyini və yaxın günlərdə məsələnin həllini tapacağını deyib.
Halbuki bir müddət öncə Muradbəyli ilə “Səbail”lə “Turan Tovuz”un yaxından maraqlandığı deyilirdi.
Bəs, birdən-birə nə oldu? Araya kim(lər) girdi? İndiyə qədər Premyer Liqada 136 oyunda 12 qol vurub, 28 qolun ötürməsini verən futbolçunun klubsuz qalmasına kim səbəbkar oldu?
Fəhmin məsələ ilə bağlı maraqlı faktın üstünü açıb:
“Nə gizlədim, ötən mövsümün sonunda “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə şifahi söhbətimiz olmuşdu. Onda “Şamaxı”da oynayırdım və atmaq istədiyim addımdan “Neftçi” rəhbərliyinin də xəbəri var idi.
Həmin ərəfədə “Turan Tovuz”dan da təklif gəlmişdi. Dedim, “təşəkkür edirəm, karyeramı “Səbail”də davam etdirmək istəyirəm”.
Elə alındı ki, gözləmədiyimiz anda Aftandil müəllim “Tovuz Turan”dan ayrıldı. Belə olduğu halda “Turan Tovuz”a keçidim alınmadı. Çünki onlar da artıq oynadığım mövqe üçün futbolçularla danışmışdılar.
Qismətdir, olacaq imiş. Amma bu dəqiqə əsas məqsədim legioner həyatı yaşamaqdır. Özümü ölkə xaricində sınamaq istəyirəm”.
Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Şamaxı”nın şərəfini qoruyub, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.
HƏBİB

