“Neftçi”də yeni təyinat - 2 illik müqavilə bağlandı

19 İyul 2022 15:00 Neftçi 1 303
“Neftçi”də yeni təyinat - 2 illik müqavilə bağlandı

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub.

35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

“Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.

2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. O, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!