"Neftçi"də gördüyünü dilə gətirdi: "Dedi ki, nəsə alınmasa, məni…"

19 İyul 2022 09:20 Neftçi 1 194
"Neftçi"də gördüyünü dilə gətirdi: "Dedi ki, nəsə alınmasa, məni…"

"Bu, belə də olmalıdır, biz məşq edirik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni müdafiəçisi Solomon Kvirkveliya deyib.

Bakı klubu ilə 2 illik müqavilə imzalayan gürcüstanlı legioner Türkiyənin Bolu bölgəsində keçirilən hazırlıq prosesi barədə danışıb, toplanışın əla getdiyini dilə gətirib:

"Ən əsası odur ki, bütün futbolçular sağlamdır və yükləmələrdən sonra hamı özünü yaxşı hiss edir. İlk matç mənim üçün çətin oldu.

Bəlkə çox da çətin olmadı, amma ikinci oyundakı kimi rahat deyildim. Gündən-günə, oyundan-oyuna forma yığırıq və özümüzü daha da yaxşı hiss edirik.

Məşqçimiz şəxsən mənim üçün həm məşqçi, həm də bir insan kimi çox yaxşıdır. Mən bura gələndə, o, mənə çox dəstək oldu.

Dedi ki, məşqdə nəsə alınmasa, məni həmişə dəstəkləyəcək. Mənim də onun dəstəyinə ehtiyacım var idi.

Bunun üçün ona minnətdaram və hər gün daha yaxşı məşq edib, özümü göstərməyə hazıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!