“Neftçi”nin prezidenti tapıldı və danışdı – Biz onu istəmirik

18 İyul 2022 23:40 Neftçi 2 012
“Neftçi”nin prezidenti tapıldı və danışdı – Biz onu istəmirik

“Neftçi”nin prezidenti Kamran Quliyev rusiyalı hücumçu Artyom Dzyuba ilə danışıqlar apardıqlarına dair yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında məlumatı təkzib edib:

“Dzyuba böyük futbolçudur. Amma onun səfərinin “Neftçi”yə bir bağlılığı yoxdur. Ola bilər ki, istirahətə gəlib”.

Daha öncə “Sport-ekpress” qəzeti Dzyubanın Bakıya səfər etdiyini yazıb. Onun "Neftçi" və ya "Qarabağ"la danışıqlar apara biləcəyi iddia olunub.

Dzyuba son mövsümdə "Zenit"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Məşhur hücumçu Rusiya yığmasında 55 oyunda 30 qol vurub.

Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!