“Neftçi”dən ayrıldı, xarici klubla müqaviləyə hazırlaşır – “Sportinfo”ya DEDİ

18 İyul 2022 19:00 Neftçi 3 003
“Neftçi”dən ayrıldı, xarici klubla müqaviləyə hazırlaşır – “Sportinfo”ya DEDİ

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdığını rəsmən açıqladı.

Laurentsiu Regekampfın sərəncamında görmək istəmədiyi Fəhmin Muradbəyli əsas komandadan kənarlaşdırılmış və bu məqsədlə Bolu toplanışına aparılmamışdı.

“Ağ-qaralar”la müqavilə müddətinin davam etməsinə baxmayaraq, 26 yaşlı yarımmüdafiəçi artıq azad agent statusuna malikdir.

Əldə etdiyimiz bilgiyə görə, Muradbəylinin xidmətində “Səbail”lə “Turan Tovuz” maraqlıdır və o, yaxın günlərdə seçimini edib qərarını verməlidir.

Lakin özü ilə əlaqə saxladıqla fərqli xəbər aldıq. Fəhmin karyerasını ölkə xaricində davam etdirəcək.

Hər halda, özü belə deyir:

“Bəli, dediyiniz klublarla danışığımız olmuşdu. Lakin müxtəlif səbəblərdən alınmadı.

Legioner həyatı yaşamaq hər zaman marağımda olub. Odur ki, indi əsl vaxt olduğunu düşünürəm. Özümü ölkə xaricində sınamaq istəyirəm. İnşallah, istəyim həyata keçər.

Əcnəbi menecerim hazırda bir neçə klubla danışıq aparır. İnşallah, ortaya hansısa problem çıxmasa, uzağı 10 günə çıxış edəcəyim komandanın adı bilinəcək.

Təkliflər müxtəlif yerlərdəndir. Avropadan, Türkiyədən, hətta Asiya ölkələrindən variantlar var. Bu ayın sonuna qədər dəqiqləşəcək”.

Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Şamaxı”nın şərəfini qoruyub, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!