“Biz ona yeni işində uğurlar arzulayırıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan deyib.
Tanınmış menecer xanım qalmaqallı şəkildə ayrıldığı ərinin Azərbaycanda uğur qazanmasını arzuladığını bildirib:
“Mən, Mirça Rednik və futbolçularımız birləşib “Xəzər Lənkəran”a ölkə kubokunu qazandırmışdıq.
Ərimin oyanması və Azərbaycanda titul qazanması üçün dua edəcəm”.

