“Neftçi”dən problemli “10 nömrə” açıqlaması

17 İyul 2022 16:00 Neftçi 1 639
“Neftçi”dən problemli “10 nömrə” açıqlaması

“Neftçi” Boludakı toplanışda aparıcı futbolçularından birini itirdi.

Sezar Meza Kollinin məşqlərində birində dizində ağrılar hiss etməsi nəticəsində “10 nömrə”nin təcili əməliyyata ehtiyac duyması müəyyənləşdi.

31 yaşlı yarımmüdafiəçi əməliyyat olunmaq üçün klub rəsmiləri tərəfindən vətəni Paraqvaya yola salındı.

Sezarın üzləşdiyi durumla bağlı müxtəlif fikirlər irəli sürülür. Onun 4-5, hətta 8 ay yaşıl meydanlardan uzaq qalacağı haqda xəbərlər dolaşır.

Ən doğrusunu öyrənmək, ümumiyyətlə, bu mövzuda suala aydınlıq gətirmək üçün “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

“Sezar Meza Kolli əməliyyat olunmaq üçün vətəninə yola salınıb. İdmançı bu diaqnozla əməliyyat olunanda dönüşü ən pis halda 6 ay çəkir.

Əməliyyatın gedişindən və sağalma prosesinin gedişatından asılı olaraq müddət 3-4 ay da ola bilər. Belə deyim, noyabra qədər oynaya bilməyəcəyi dəqiqdir”.

“Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aris”lə üz-üzə gələcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!