"Harada oynayıramsa, həmişə maksimum hədəflərim olur".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin yeni transferi Solomon Kvirkveliyaya aiddir.
“Qaqra”dan gələn gürcüstanlı müdafiəçi yeni komandasındakı hədəflərindən danışıb:
“Yenə deyirəm, “Neftçi“ yüksək səviyyədədir və çox yaxşı futbolçuları var. Bütün futbolçular çox yaxşı başa düşürlər ki, burada yalnız birinci yer uğrunda mübarizə aparmaq lazımdır".

