"Neftçi" Arda Turanı "kəşf edən" məşqçini razı sala bilmədi

16 İyul 2022 11:40 Neftçi 1 884
"Neftçi" Arda Turanı "kəşf edən" məşqçini razı sala bilmədi

«Qəbələ» Futbol Akademiyasının sabiq direktoru Əli Yavaşın yenidən Azərbaycana qayıdışı baş tutmayıb.

«Neftçi» rəsmiləri onunla apardığı danışıqlarda istədiyi nəticəni əldə etməyib.

«Ağ-qaralar» 4 il «Qəbələ»də çalışmış türkiyəli funksionerə akademiyanın direktoru postuna keçməyi təklif edib, gəl ki, şərtlər üst-üstə düşməyib.

Uzun illər «Qalatasaray»ın uğurları üçün çalışmış, Ara Turan və Sabri Sarıoğlu kimi bir çox istedadı üzə çıxarmış Yavaş 2008-ci ilin noyabr ayından 2012-ci ilin iyulunadək «Qəbələ»də fəaliyyət göstərib.

Ailəvi problemlərini əsas gətirən tanınmış idarəçinın istefa ərizəsi həmin vaxt klub rəhbərliyi tərəfindən qəbul olunub.

«Neftçi» akademiyası 2 ildir direktorsuz qalıb. Sonuncu dəfə baş koordinator vəzifəsini Mik Bennet yetirib.

Bakıda yaradılmış «Mançester Yuuayted» Yay Futbol Məktəbinin bağlanmasından sonra AFFA tərəfindən «ağ-qaralar»a təhkim olunmuş şotlandiyalının aylıq maaşı 10 min dollar təşkil edib.

Britaniyalının gedişindən sonra onun səlahiyyətləri Elşad Əhmədova keçib.

Klubdan redaksiyamıza bildirilib ki, akademiyanın əcnəbi funksionerə tapşırılması yenə gündəmdədir və hazırda bir neçə namizəd gözdən keçirilir. Ən real şəxs isə türkiyəli idarəçilərdən biridir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!