"Aris"in hücumçusu "Neftçi"yə nə mesaj göndərdi?

16 İyul 2022 09:00 Neftçi 1 654
"Aris"in hücumçusu "Neftçi"yə nə mesaj göndərdi?

"Aris"in forvardı Miklali Mayambela Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" ilə oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Kipr mətbuatına danışan 25 yaşlı hücumçu bunları deyib:

"Bir neçə həftə çətin hazırlıq keçdik. Ancaq "Neftçi" ilə oyunlara hazırlaşmaq baxımından düzgün yoldayıq.

Komanda hazırdı və ümid edirik ki, "Neftçi" ilə oyunda nəticə bizim üçün müsbət olacaq. Bu matçlara hazır olmaq bizim üçün vacibdir.

Qalır meydançaya çıxıb öz işimizi görmək. "Aris"ə keçməyimin səbəblərindən biri də komandanın avrokuboklarda çıxış etməsidi.

"Aris" avrokuboklarda ötən mövsümkündən daha yaxşı çıxış etməlidi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!