Samir Abasovla yolları ayıran “Neftçi” bir qədər gec olsa da əcnəbi mütəxəssis Lorentsio Regekampfa tapşırıldı.
Konfrans Liqasında iştirak edəcək təmsilçimiz gecikmə ilə olsa da ruminıyalı mütəxəssisin rəhbərliyi altında öncə Bakıda toplanış keçdi, ardınca kollekltiv Türkiyəyə yola düşdü.
Ötən mövsüm “Şamaxı”da icarədə olan Rəhman Hacıyev düşərgəyə qayıtdısa, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Solomon Kvirkveliyanın timsalında komanda kifayət qədər yaxşı karyeraları olan 4 əcnəbi transferi ilə də güclənməyi bacardı.
İlk baxışdan “ağ qaralar”la bağlı vəziyyət kənardan ürəkaçan görünə bilər.
Amma dünən Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aris”lə keçiriləcək oyunları üçün UEFA-ya göndərilən iştirak ərizəsinə baxanda narahat olmamaq mümkün deyil.
Komanda siyahıya 3 qapıçı daxil edib – Aqil Məmmədov yeni zədədən qayıdıbsa, Rza Cəfərovun gənc və təcrübəsizdir. Əsas qolkiper hesab olunan İvan Brkiç isə “yaxşı qapıçı komandanın yarısıdır” fikrinə yaxın düşmədiyini yəqin ki, hər kəs qəbul edər.
Paytaxt təmsilçisi hələki arxa xəttə yalnız Solomon Kvikveliyanı transfer edə bilb. Gürcüstan millisinin sabiq üzvü yaxşı transferdir.
Amma bununla müdafiə xəttinin etibarlı olduğunu düşünmək olmaz. Çünki Regekamfın əlində cəmi 6 müdafiəçi - Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Azər Salahlı, Ömər Buludov və Rüfət Abbasov var.
Bəli, cinahlara yarımmüdafiəçi kimi qeyd olunan İsmayıl Zülfiqarlı, Gilyermo Pato və Azər Əliyevdən də yararlanmaq mümkün olacaq.
Amma stopperlə bağlı narahatlıq qaçılmazdır. Ki, Solomon Kvirkveliya və Voislav Stankoviçdən biri zədələnsə ümidlər yenə Mamadu Mbodja qalacaq.
Ona ümid olmağın acı nəticələrini isə komanda az çəkməyib.
Digər zonalara baxanda “Neftçi”nin yarımmüdafiə xətti daha inamlı görünə bilərdi. Amma Meza Kolli zədələnib, uzun müddət sıradan çıxmasaydı. İndi bu bölgədə də boşlulqların olduğunu görməmək mümkün deyil. Ən azı bir yaradıcı legionerin alınması mütləq idi.
Komanda Avropa turuna cəmi bir forvardla yollanır. Ən qorxulu məsələ isə odur ki, yarımmüdafiəçilərdən də kiminsə ehtiyac yarananda hücumçu kimi çıxış edəcəyini demək olmur.
Donyo effekt verməsə və ya cəzalı, ya zədəli olsa Regekampfın başını tutmaqdan başqa yolu olmayacaq.
Gördüyümüz kimi, boşlulqar yetəri qədər çoxdur. Həm də bütün mövqelər üzrə.
Ümid edək ki, bu, “Aris”lə matçalarda məşqçi kimi bizim də başımızı tutmağımıza yol açmayacaq. Mərhələ keçilsə, güclənmək üçün də fürsətlər yaranmış olacaq. Zaman az olsa da…
XANOĞLAN İMANOV

