AFFA millinin baş məşqçisi Canni De Byaziyə yeni müqavilə təklif etməyib.
Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, italiyalı mütəxəssislə kontraktin üçüncü müddətə uzadılması nəzərdə tutulmayıb.
Qurum barədə 65 yaşlı çalışdırıcının özünə də xəbərdarlıq eləyib. Və ona başqa təklif lər gələcəyi halda, danışıqlar aparmasına icazə verib.
2019-cu ilin yayında görəvə gələn De Byazının hazırkı sözləşməsi oktyabrda başa çatacaq.
Komanda iki seçmə mərhələni uğursuz başa vurub – həm Millətlər Liqasının, həm də dünya çempionatının “ələmələri”ndə.
Yığma Millətlər Liqasının carəı mövsümünə də pis start verib: 4 tura eyni sayda xal toplayıb və qrupdan çıxmaq şansını demək olar itirib.
SPORTİNFO.AZ

