Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in 2 nümayəndəsi Türkiyəyə səfər edib.
Kiprli təmsilçilər Bolu şəhərində təlim-məşq toplanışında olan "ağ-qaralar"ın yoxlama oyunlarını yerində izləyib.
Buradakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən bakılılar növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1. "Qaziantep"lə lünən keçirilən qarşılaşma isə qolsuz başa çatıb.
Limassol klubunun “xəfiyyələr“i “Neftçi“nin oyunları ilə bağlı öz qeydlərini götürüb, yeni baş məşqçi Lorentsiu Regekampfın futbolçularla qurduğu münasibətə diqqət yetirib.
“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
SPORTİNFO.AZ

