"Neftçi"nin "Qazi" imtahanı: Qol da olmadı, icazə də - FOTOREPORTAJ

15 İyul 2022 01:50 Neftçi 1 514
"Neftçi"nin "Qazi" imtahanı: Qol da olmadı, icazə də - FOTOREPORTAJ

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

"Neftçi" oyunun yayımlanmasını istəməyib. Türkiyə təmsilçisi görüşü rəqib komandanın rəsmi yutub kanalından göstərilsə də, yayım 22-ci dəqiqədən sonra dayandırılıb.

Superliqa təmsilçisi "Neftçi"nin istəyinə və komandanın avrokubok matçına görə bu addımı atdığını bildirib.

Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.

"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr "Aris"i ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!