Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxıb.
"Ağ-qaralar" Türkiyənin "Qaziantep" klubu ilə üz-üzə gəlib. Superliqa təmsilçisi ilə görüş qolsuz bərabərliklə başa çatıb.
Heç-heçə bitən matç Türkiyə təmsilçisinin televiziya kanalında canlı yayımlanıb. Amma oyunun 19-cu dəqiqəsinə kimi. Ekran qarşısında əyləşən izləyicilər oyunun qalan dəqiqələrin izləməkdən məhrum olublar.
Buna səbəb "Neftçi"nin Konfrans Liqasındakı oyunu olub. Belə ki, "Neftçi" rəsmiləri "Qaziantep" tərəfə müraciət edərək "Aris"lə oyun öncəsi qarşılaşmanın 90 dəqiqə canlı göstərilməməsini xahiş edib.
Qardaş ölkə təmsilçisi müraciəti anlayışla qarşılayıb və elə həmin dəqiqədə izləyicilərə məsələ barədə anons verərək yayımı dayandırıb.
XANOĞLAN / SPORTİNFO.AZ

