1-50 avro - Kipr klubu "Neftçi" ilə oyunun qiymətlərini açıqladı

14 İyul 2022 22:40 Neftçi 841
1-50 avro - Kipr klubu "Neftçi" ilə oyunun qiymətlərini açıqladı

"Aris" "Neftçi"yə qarşı keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletlərin qiymətini açıqlayıb.

Sportinfo.az Limassol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər 15 avrodan satışa çıxarılıb.

Tələbələr qarşılaşmanı tribunadan izləmək üçün 10 avro, uşaqlar isə 1 avro ödəməlidirlər. VİP yerlər üçün bilet qiymətləri böyüklər üçün 50 avro, uşaqlar üçün 25 avrodur.

Oyulun 21-də "AEK Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab qarşılaşması iyulun 28-də Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!