"Neftçi" ilə razılığa gələndə, tez evdəki əşyalarımı topladım və …" - VİDEO

14 İyul 2022 09:00 Neftçi 1 995
"Neftçi" ilə razılığa gələndə, tez evdəki əşyalarımı topladım və …" - VİDEO

"Bu komanda haqqında çox şey bilir və eşitmişəm. Çox yaxşı tarixi klubdur".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Solomon Kvirkveliya klubun "yutub" kanalına deyib.

Gürcüstan yığmasının müdafiəçisi aldığı təklifə dərhal razılıq verdiyini bildirib:

"Belə bir şans yarananda bir an da düşünmədim, “mən hazıram” dedim. Mənə zəng edərək, 2 illik müqavilə ilə bağlı, demək olar ki, razılığa gələndə dərhal evdə əşyalarımı toplayıb tibbi müayinə üçün Türkiyənin Antalya bölgəsinə uçdum.

Çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum. Çünki bu, tarixi olan çox güclü klubdur, davamlı olaraq avrokuboklarda çıxış edir və Azərbaycan çempionluğu uğrunda mübarizə aparır.

Buna görə də müqavilə bağlayıb-bağlamamaq haqda düşünməyə və ya tərəddüd etməyə bir səbəb yox idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!