"Neftçi"nin transfer gündəmi dəyişdi – Bir yox, iki…

14 İyul 2022 09:40 Neftçi 4 544
"Neftçi"nin transfer gündəmi dəyişdi – Bir yox, iki…

«Neftçi»nin transfer gündəmi dəyişib.

Buna səbəbkar Sezar Meza Kollidir.

Paraqvaylı yarımmüdafiəçinin Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının gedişində zədələnməsi və uzun müddətə sıradan çıxması baş məşqçi Lorentsiu Regekampfın planlarında dəyişikliyə gətirib çıxarıb.

Rumıniyalı baş məşqçi rəhbərlikdən yeni hücumçu ilə yanaşı, 31 yaşlı vingerin mövqeyinə də transfer istəyib.

Dizində problem aşkarlanan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunmaq üçün ölkəsinə yollanıb.

Cənubi amerikalı legioner minimum 4-5 ay yaşıl sahələrdən uzaq qalacaq. Müalicə prosesinin yarım ildən 8 ayadək uzanması da istisna edilmir.

"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də Kiprdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!