Okeanın o tayından gələn bu xəbər “Neftçi”də hamını dilxor etdi

13 İyul 2022 20:00 Neftçi 4 375
Okeanın o tayından gələn bu xəbər “Neftçi”də hamını dilxor etdi

Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi" Paraqvaydan gələn xəbərdən məyus olub.

Bolu şəhərindəki təlim-məşq toplanışında sıradan çıxan Sezar Meza Kollinin zədəsinin ciddi olması dəqiqləşib.

Dizində problem aşkarlanan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunmaq üçün ölkəsinə yollanıb.

Cənubi amerikalı legioner minimum 4-5 ay yaşıl sahələrdən uzaq qalacaq. Müalicə prosesinin yarım ildən 8 ayadək uzanması da istisna edilmir.

"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də Kiprdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!