“Neftçi” azarkeşləri BU AÇIQLAMAnı oxuyub, yadda saxlasın!

12 İyul 2022 21:20 Neftçi 2 203
“Neftçi” azarkeşləri BU AÇIQLAMAnı oxuyub, yadda saxlasın!

“Neftçi” 2022/23 mövsümünün açılış oyununu Kiprdə edəcək.

“Ağ-qaralar” Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə səfərdə “Aris”lə qarşılaşacaq.

Limassol təmsilçisi ilə qarşılaşmalardakı nəticələr bakılılar üçün olduca əhəmiyyətlidir. Yeni baş məşqçi və yeni legionerlərdən təşkil olunmuş kollektiv azarkeşlərin rəğbətini qazanmaq üçün mübarizədən qalib ayrılmalıdır.

Çünki mümkün uğursuzluq komandanın Premyer Liqaya startına da mənfi təsirini göstərəcək.

“Neftçi”nin braziliyalı legioneri Gilyerme Pato da kiprlilərlə matçların əhəmiyyətini dərk edir. O, Sportinfo.az-a verdiyi açıqlamada “Aris”lə oyunlardan söz açıb:

“Bu dəqiqə komandada hər kəs “Aris”lə görüşləri düşünür. Sırf olaraq həmin matçlara köklənmişik. Rəqibin gücünə bələdik, yekun nəticənin nə dərəcədə önəm daşıdığını bilirik.

Əsas məqsədimiz səfərdən Bakıya uğurlu nəticə ilə qayıtmaqdır. Qələbə qazanmağı hədəfləmişik. Doğma meydandakı cavab oyununda da azarkeşlərimizdən hər zamankı möhtəşəm dəstəyi görmək istəyirik”.

“Aris”lə “Neftçi” arasındakı ilk qarşılaşma iyulun 21-də Kiprdə baş tutacaq. Ayın 28-də Bakıda cavab qarşılaşması keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!