"Əvvəl məqsədimiz nə idisə, bundan sonra da elə olacaq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin legioneri Yusuf Laval deyib.
Yeni mövsümlə bağlı gözləntilərini dbilə gətirən nigeriyalı yarımmüdafiəçi iddialı fikirlər söyləyib:
"Hər matça qələbə qazanmaq üçün çıxacağıq. Hazırlığımız təkcə “Aris”lə matçlar üçün deyil, qarşıdakı 1 il üçündür.
Ümid edirəm ki, layiqli nəticələrlə azarkeşlərimizi sevindirəcəyik. Hazırda bunun üçün çalışırıq”.
"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də Kiprdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

