“Neftçi” rəhbərliyi qəzəbləndi və baş məşqçini qovdu – Gizli danışıqlara görə

12 İyul 2022 15:00 Neftçi 6 540
“Neftçi” rəhbərliyi qəzəbləndi və baş məşqçini qovdu – Gizli danışıqlara görə

“Neftçi” Futbol Akademiyasında 2022/2023 mövsümündə çalışacaq məşqçilərin adları djünən rəsmən açıqlanıb.

11 komandaya təiynat verilib.

U-10 və U-17-də olan dəyişiklik diqqətçəkir. Belə ki, Azər Cabbarov və Elman Sultanov klubdan uzaqlaşdırılıb.

Birinci bir neçə yerdə çalışmağa üstünlük verdiyindən, akademiyanın koordinatoru Elşad Əhmədovla mübahisə edib.

Sultanov isə başqa səbəbdən iş yerini itirib. Onu vaxtilə baş məşqçisi olduğu “Səbail“in rəhbərliyi ilə danışıqlar apardığı üçün U-17-dən kənarlaşdırıblar.

Bayıl təmsilçisinin əvəzedici heyətinin sükanı arxasına dəvət alan mütəxəssisin hərəkəti “Neftçi“ başbilənlərinin xoşuna gəlməyib və yollar ayrılıb.

U-19 komandası: baş məşqçi İlyas Qurbanov, köməkçi məşqçi Elçin Dərgahquliyev.
U-17 komandası: baş məşqçi Rəşad Hüseynov, köməkçi məşqçi Elşən Məmmədov.
U-16 komandası: baş məşqçi Asif Ramazanov, köməkçi məşqçi Samir Zərgərov.
U-15 komandası: baş məşqçi Eldəniz Məmmədov, köməkçi məşqçi İsmayıl Məmmədov.
U-14 komandası: baş məşqçi Emin Mustafayev, köməkçi məşqçi Elmir Hüseynoğlu.
U-13 komandası: baş məşqçi Rafail Yusifov, köməkçi məşqçi Alim Qurbanov.
U-12 komandası: baş məşqçi Vaqif Əliyev, köməkçi məşqçi Orxan Bəşirov.
U-11 komandası: baş məşqçi Mahmud Əhmədov, köməkçi məşqçi Sabit Əliyev.
U-10 komandası: baş məşqçi Vasif Əliyev, köməkçi məşqçi Xalid Bayramov.
U-9 komandası: baş məşqçi İslam Kərimov.
Qızlar komandası: baş məşqçi İbrahim Məmmədov.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!