"Qalatasaray"ın məşhur siması "Neftçi"dən təklif aldı - SON DƏQİQƏ

12 İyul 2022 14:00 Neftçi 2 756
"Qalatasaray"ın məşhur siması "Neftçi"dən təklif aldı - SON DƏQİQƏ

«Qəbələ» Futbol Akademiyasının sabiq direktoru Əli Yavaş yenidən Azərbaycana qayıda bilər.

Bu barədə Sportinfo.az-a «Neftçi»dən yeni məlumat daxil olub.

Paytaxt təmsilçisindən redaksiyamıza verilən məlumata görə, hazırda türkiyəli funksionerlə danışıqlar aparılır. «Ağ-qaralar» 4 il «Qəbələ»də çalışmış Yavaşa akademiyanın direktoru postuna keçməyi təklif edib.

Uzun illər «Qalatasaray»ın uğurları üçün çalışmış Yavaş 2008-ci ilin noyabr ayından 2012-ci ilin iyulunadək «Qəbələ»də fəaliyyət göstərib. Ailəvi problemlərini əsas gətirən tanınmış idarəçinın istefa ərizəsi həmin vaxt klub rəhbərliyi tərəfindən qəbul olunub.

«Neftçi» akademiyası 2 ildir direktorsuz qalıb. Sonuncu dəfə baş koordinator vəzifəsini Mik Bennet yetirib.

Bakıda yaradılmış «Mançester Yuuayted» Yay Futbol Məktəbinin bağlanmasından sonra AFFA tərəfindən «ağ-qaralar»a təhkim olunmuş şotlandiyalının aylıq maaşı 10 min dollar təşkil edib.

Britaniyalının gedişindən sonra onun səlahiyyətləri Elşad Əhmədova keçib.

Gəl ki, «Sabah»dan dəvət edilmiş Əhmədovun işə yanaşması və kollektivə münasibəti rəsmilərin ürəyincə deyil. Demək olar hər gün ondan Elşad Əhmədova şikayətlər gəlir.

İdman direktoru bilmir əsas komandanın problemləri ilə məşğul olsun, transfer bazarlığı etsin, yoxsa akademiyadakı çəkişmələri, qalmaqalları yatırtsın.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!