"Neftçi"nin Super Liqa klubuna gücü çatmadı – VİDEO+FOTOREPORTAJ

12 İyul 2022 09:00 Neftçi 1 710
"Neftçi"nin Super Liqa klubuna gücü çatmadı – VİDEO+FOTOREPORTAJ

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Neftçi" ikinci yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Super Liqada mübarizə aparan "Sivasspor"la qarşılaşıb.

Görüş Türkiyə klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb. Oyunda yeganə qolu 1-ci dəqiqədə İsaak Kofi vurub.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yoxlama oyunu barədə fikirlərini bildirib. 47 yaşlı mütəxəssis oyundan razı qaldığını deyib:

“Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik.

Hər oyunda həm A, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik”.

"Neftçi" Bolu toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!