Rumıniyalı "Neftçi"nin futbolçularında səhv axtarır

11 İyul 2022 17:20 Neftçi 1 693
Rumıniyalı "Neftçi"nin futbolçularında səhv axtarır

"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Baxmayaraq ki, son həftə çətin və məşqlər keçmişik".

Rumıniyalı baş məşqçi qarşılaşma ərzində sistemi dəyişmələrinə də toxunub:

"Hər oyunda həm A, həm də B variantı olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".

"Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!