"Neftçi" bu gün "Sivasspor"la üz-üzə gələcək

11 İyul 2022 09:20 Neftçi 941
"Neftçi" bu gün "Sivasspor"la  üz-üzə gələcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gələcək.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.

"Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!