“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın klubdakı qazancı bəlli olub.
Rumıniyalı mütəxəssisin həyat yoldaşı Anamaria Prodan “Fanatik”ə açıqlamasında ərinin, mətbuatda yazıldığı kimi, aylıq 40 min avro almadığını bildirib:
“Bir az dəhşətlidir, elə deyilmi? Regekampfın maaşı 22 min dollardır. Çox pulla yaşayırsan və yaxşı dolanırsan.
Oğlumuz Bebetoya görə aliment ödəməlidir. O, Azərbaycandakı qazancını gizlədə bilməz. Bu, müqavilədir”.
Prodan ilə Regekampf boşanmağa hazırlaşır. Tərəflər arasında məhkəmə prosesi hələ bitməyib. Menecer fəaliyyəti ilə tanınan Anamaria mütəxəssisdən aliment tələb edir.
Vaxtilə “Xəzər Lənkəran“a çoxlu sayda legioner gətirmiş agent xanım keçmiş həyat yoldaşından aylıq 10 min dollar istəyib.
Regekampf isə “Neftçi“də qazandığı pulun az qala yarısını ona ödəmək niyyətində deyil. Məhkəmənin uzanmasının əsas səbəbi elə bununla bağlıdır.
SPORTİNFO.AZ

