“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf iki yerli futbolçunun xidmətindən imtina edib.
Mirabdulla Abbasovla Fəhmin Muradbəyli rumıniyalı çalışdırıcıya lazım olmayıb.
Əsas komandadan uzaqlaşdırılan cütlük “Neftçi-2”nin hazırlığına qoşulacaq?
Əvəzedici heyətin yeni çalışdırıcısı Rəşad Abdullayev Sportinfo.az-a açıqlamasında bu haqda danışıb:
“Düzü, bu barədə söhbətimiz olmayıb, bu məsələ hələlik açıq qalıb. Bəlkə də karyeralarını başqa klubda davam etdirəcəklər.
Yox, “Neftçi”də qalsalar, dediyiniz suala qarşıdakı günlərdə aydınlıq gələcək. Hələ ki, onlarla bağlı mənə söz deyilməyib”.

