«Neftçi» rəhbərliyi yeni baş məşqçisi Lorentsiu Regekampf ilə şərt kəsib.
Bakılılar 2 illik müqavilə bağladığı rumıniyalıdan burada olduğu müddətdə şəxsi yaşamına diqqət yetirməsini istəyib.
Ölkəsində qalmaqallı məşqçi olaraq dəyişən, son 11 ildə 16 klub dəyişməsi ilə yadda qalan, qadınlara və spirtli içkilərə meyli ilə daim gündəmi zəbt edən Regekampf paytaxtımızda hər addımına diqqət yetirəcək - hər halda ondan tələb birmənalı və konkretdir.
«Ağ-qaralar»ın çalışdırıcısına izah olunub ki, yerli medianın diqqəti daim «Neftçi»dədir və hər hansı xırda səhv ictimaiyyətdə böyük rezonans doğuracaq.
SPORTİNFO.AZ

