“Neftçi”nin futbolçusu 13 yaşından sevdiyi qızla ailə qurmağa hazırlaşır - FOTOLAR

8 İyul 2022 20:00 Neftçi 12 230
“Neftçi”nin futbolçusu 13 yaşından sevdiyi qızla ailə qurmağa hazırlaşır - FOTOLAR

“Neftçi”nin və U-21 millimizin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı ailə qurmağa hazırlaşır.

21 yaşlı futbolçu nə az, nə çox, düz 8 ildir sevdiyi Aydan xanımla münasibəti rəsmiləşdirmək haqda planlar qurur.

Bir müddət öncə “instagram” hesabında nişanm günündən fotolar paylaşan İsmayıl ardınca sevdiyi qadınla 2014-cü ildən, yəni 13 yaşından münasibətdə olduğunu qeyd edib.

Müasir dövrün tələblərini və yazılmamış qanunlarını nəzərə alsaq, buna görə gəncləri alqışlamağa dəyər.

Zülfüqarlı Aydan xanımla tanış olduğu günə uyğun (21.06.2014) “Neftçi”də və millidə məhz “21”i seçib.

“Ağ-qaralar”ın “21 nömrə”si başa çatan mövsümdə “ağ-qaralar”ın heyətində meydana çıxdığı 22 oyunda 1 qola imza atıb, 4 məhsuldar ötürmə verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!