“Neftçi”nin futbolçularına aşkar hörmətsizlik – O, kapitan sarğısına layiq deyil!

7 İyul 2022 20:40 Neftçi 4 165
“Neftçi”nin futbolçularına aşkar hörmətsizlik – O, kapitan sarğısına layiq deyil!

“Neftçi”ni “Sakaryaspor”la yoldaşlıq görüşünə komandanı meydana kapitan qismində Emin Mahmudov çıxarmışdı.

Lakin ikinci hissədə baş məşqçinin etdiyi oyunçu dəyişikliklərindən sonra sarğı da qol dəyişdi.

Sarı rəngli bant futbolun sirlərinə Rusiyada yiyələnmiş Mahmudovun qolundan eyni qədəri yaşamış bir başqa futbolçunun – bu dəfə Azər Əliyevin qoluna keçdi.

Açığı, səbəbini anlamaqda çətinlik çəkdim.

Meydanda Rəhman Hacıyev, Ömər Buludov kimi illərini “Neftçi”yə vermiş və az-çox müəyyən uğurlarda pay sahibi olmuş futbolçular varkən, niyə məhz Azər?

Bəyəm Azər “Neftçi”də kapitanlığı haqq edir? Hansı əməyinə, uğuruna, adına görə?

Məgər bu, illər öncə - karyerasının ən yaxşı dönəmində Azərbaycan millisindən və klublarından aldığı təklifləri geri çevirib Rusiyanı üstün tutan həmin Əliyev deyil?

Yoxsa, Azərbaycanda peyda olmasının 6 ayı tamamlanmasına rəğmən hələ də ölkəmizin pasportuna sahib olmayan və bu yöndə xüsusi çaba göstərməyən Azər yox, başqasıdır?

Regekampf yeni komandasında ayı təzəcə yarılayıb. İnanmıram ki, sarğının Azərin qoluna bağlanmasının təşəbbüskarı o olub. Adam hələ də kimin nəyə qadir olduğuna bələd olmağa çalışır. O ki qalmışdı bu cür vacib qərarın verilməsində əsas söz sahibinə çevrilsin.

Şübhə etmirəm ki, təşəbbüs klub rəsmilərindən, lap dəqiq desək, Azəri komandaya urcah edən(lər)dən gəlib.

Futbolçunun komandaya uyğunlaşmasına, özünəinamın artmasına, özünü böyük futbolçu hiss etməsinə çalışanların atdığı addımın heç bir məntiqi əsası yoxdur. Ola da bilməz!

Rəhmanla Ömər olan yerdə Azərin sarğını qolunda daşıması absurddur. Azər Azərbaycandan gələn təklifləri vecinə almayanda bu uşaqlar “Neftçi”nin formasını tərlədib, komandaya fayda verib. Verə bilməyəndə də tənqid və təhqir olunublar.

Eminlə Aqil olmayan yerdə kapitanlıq sarğısı Rəhmanla Ömərin, yeri gəlsə İsmayılın haqqıdır. Azərin yox!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!