"Deyilib ki, özünə komanda tap" - "Havada qalan" oyunçu barədə "Neftçi"dən AÇIQLAMA

7 İyul 2022 20:00 Neftçi 2 781
"Deyilib ki, özünə komanda tap" - "Havada qalan" oyunçu barədə "Neftçi"dən AÇIQLAMA

"Neftçi" təlim-məşq toplanışını Türkiyədə davam etdirir.

Ötən mövsümü icarə əsasında "Şamaxı"da keçirən Rəhman Hacıyev də hazırlıqda yer alan futbolçular arasındadır.

Amma Rəhmanla bərabər ötən il "Şamaxı"da icarədə oynamış Fəhmin Muradbəyli barəsində eyni sözləri demək olmaz.

Bakı toplanışına dəvət edilməyən yarımmüdafiəçi Türkiyəyə də aparılmadı. 25 yaşlı oyunçunun digər klublarımıza keçməsi barədə də bir məlumat yoxdur. Bir sözlə, görünən odur ki, oyunçu "havada qalıb".

Zənglərimizə cavab verməyən yarımmüdafiəçi barədə son durumu məxsus olduğu "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən öyrəndik:

"Fəhminlə bağlı hər hansı yenilik yoxdur. Proses davam edir. Deyilib ki, özünə komanda tap. Durum hələki belədir".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!