"Neftçi" razılığını aldı, Regekampf bundan sonra xəbər tutdu

3 İyul 2022 22:40 Neftçi 2 744
"Neftçi" razılığını aldı, Regekampf bundan sonra xəbər tutdu

Uğursuz mövsüm keçirmiş "Neftçi" növbəti transfer əməliyyatını həyata keçirib.

"Geoteam" nəşri "ağ-qaralar"ın Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı heyətinə qatdığını bildirib.

30 yaşlı arxa xətt oyunçusu ilə 2 illik müqavilə imzalanacaq.

Solomon Kverkveliyanın son klubu Gürcüstan "Qaqra"sı olub. O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların formasını geyinib.

“Neftçi”dən Sportinfo.az-a məlumatı təsdiq ediblər. Bildirilib ki, Kverkveliya ilə anlaşma daha əvvəl əldə olunub.

Yeni baş məşqçi Lorentsiu Regekampf gürcünün statistik göstəriciləri ilə tanış olandan sonra bu keçidə etiraz etməyib.

Müdafiəçi hansı qiymətə başa gəlib? Klubdan məbləğ açıqlanmasa da, Solomonun azad agent statusu ilə “Neftçi”yə keçdiyi qeyd edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!