"Neftçi" üçün Almaniyadan 4 nəfər Bakıya gələcək

3 İyul 2022 01:50 Neftçi 1 124
"Neftçi" üçün Almaniyadan 4 nəfər Bakıya gələcək

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”i ilə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq görüşə Almaniyadan olan hakimlər təyinat alıb.

Baş hakim Bastian Dankertə Yan Zidel və Eduard Baytinger kömək edəcəklər. Dördüncü hakim Sven Yablonski olacaq.

Bu komandalar arasında iyulun 21-i saat 21:30-da “AEK Arena”da keçiriləcək ilk matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim İvan Bebek, onun köməkçiləri Qoran Pataki və Luka Payiç olacaqlar. Dördüncü hakim funksiyasını Dario Bel icra edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!