"Neftçi"də də vəziyyət bizdəki kimidir" - "Aris"in baş məşqçisi

3 İyul 2022 00:50 Neftçi 657
"Neftçi"də də vəziyyət bizdəki kimidir" - "Aris"in baş məşqçisi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Aleksey Şpilevski "Neftçi"yə qarşı keçiriləcək oyunla bağlı danışıb:

"Neftçi"də də vəziyyət bizdəki kimidi. Onların da yeni baş məşqçisi var və mövsümə indi hazırlaşmağa başlayıblar.

Bu mərhələdə matçlara 100 faiz hazır olmaq çətindi. Amma motivasiya var və tam hazır olmasaq belə, sona qədər mübarizə aparacağıq. "

Neftçi" qarşısına son matçlar kimi çıxacağıq. Planımızda 2-3 futbolçu transfer etmək var".

Digər Xəbərlər
Xəbər Lenti