“Neftçi” rəhbərliyi bu qərarla azarkeşləri ayağa qaldırdı!

2 İyul 2022 16:40 Neftçi 4 022
“Neftçi” rəhbərliyi bu qərarla azarkeşləri ayağa qaldırdı!

Mövsümü titulsuz başa vuran “Neftçi” növbəli sistemlə ayrılıq xəbərlərini açıqlamaqdadır.

Daha bir ayrılıq ötən mövsümün gedişində komandaya cəlb olunan 35 yaşlı Tyaqo Bezerra ilə yaşandı.

Kollektivə sentyabrda qoşulan, buna baxmayaraq, meydana çıxdığı 25 oyunda 10 qola imzasını yazdıran braziliyalı forvardın adı Laurentsiu Regekampfın siyahısından kənarda qaldı.

Halbuki, öncəki müqaviləsinə görə 350 min dollar qazanmış “sambaçı” daha az məbləğə oynamağa razı idi.

“Neftçi”nin sosial şəbəkə hesabında ayrılıq xəbərini yaymasına bakılı fanatlar ciddi təpki göstərib. Yazılan şərhlərin böyük əksəriyyətində azarkeşlərin Bezerranın komandada qalmaq istəyi açıq-aşkar görünür:

“Tyaqo yeni transfer Qodsveydən güclü hücumçudur. Heyf göndərildi. Yaşına baxmayaraq, qollar vururdu. Ən azı 1 il saxlanılsaydı, yaxşı olardı. Bu tip hücumçular çətin tapılır”.

“1 il qala bilərdi. Təşəkkürlər!”

“Qalsaydı, yaxşı olardı məncə. Keyfiyyətli hücumçu idi”.

“Adma 35 yaşında “qan elədi” konkret. Hələ oyun qurucu, irəli pas verən də olsaydı, 10 yox, 25-30 qol vurardı”.

“Bu yaşa görə bu qədər qol, oynadığı oyun. Nə bilim, sadəcə, möcüzədir”.

“Heyf bu hücumçudan. Yaşının çox olmasına baxmayaraq, keyfiyyəti göz önündəydi”.

“Onu niyə göndərdiniz? Yaxşı oyunçudur”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti