“Neftçi”nin futbolçularına sərt xəbərdarlıq etdi: “Mənim ondan xoşum gəlmir”

2 İyul 2022 10:40 Neftçi 3 254
“Neftçi”nin futbolçularına sərt xəbərdarlıq etdi: “Mənim ondan xoşum gəlmir”

Laurentsiu Regekampf yeni baş məşqçisi “Neftçi”nin futbolçularına sərt xəbərdarlıq edib.

“Ağ-qaralar”la 2 illik müqavilə imzalayan rumıniyalı çalışdırıcı komandasının üzvlərindən meydanda “yatmamağı” tələb eləyib.

Məşqçi kimi fəalliyyət göstərdiyi 11 ildə 16 klub dəyişmiş mütəxəssis sözünü bakılı oyunçulara belə çatdırıb:

“Mən hücum futbolunu sevirəm. Harada işləmişəmsə, komandamı bu cür oynatmışam.

“Neftçi”də də bu prinsipimə sadiq qalacam. Düz fikirdir ki, ən yaxşı müdafiə elə hücumdur.

Mənim futbolçum meydanda daiç hərəkətdə olmalıdır. Qaçmayan futbolçudan xoşum gəlmir.

Kimsə qaçmayacaqsa, lazım olan anda lazımı yerdə olmayacaqsa, əvvəlcə gəlib mənim yanımda əyləşəcək, sonra isə buradan uzaqlaşdırılacaq.

“Neftçi” iddialı klubdur və hər kəs bu formanın haqqını verməyə borcludur”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"