"Neftçi" 23 futbolçu aparır

2 İyul 2022 01:00 Neftçi 1 267
"Neftçi" 23 futbolçu aparır

"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışına yollanan futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampf hazırlıq prosesinə 23 oyunçu ilə start verəcək.

"Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda iyulun 6-da "Sakaryaspor"la üz-üzə gələcək.

Paytaxt təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə, cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!