“Başakşehir”in futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək?

1 İyul 2022 20:00 Neftçi 4 234
“Başakşehir”in futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək?

Son 2 mövsümü “Neftçi”nin heyətində keçirən Mert Çelik hazırda “Başakşehir”in məşqlərində iştirak edir.

22 yaşlı müdafiəçinin “ağ-qaralar”la icarə müqaviləsi başa çatdığından sözləşmə ilə məxsus olduğu kluba qayıdıb.

İndi ortaya çıxan sual Mertin karyerasını hansı komandada davm etdirəcəyidir. Daha doğrusu, “Neftçi”yə dönüb-dönməyəcəyi.

Suala aydınlıq gətirmək üçün səbəbkarın özü ilə danışdıq. Çelik Sportinfo.az-a açıqlamasında Azərbaycana dönüşünü istisna etmədi:

“İndi bununla bağlı nəsə deməyim düzgün olmaz. İnşallah, 1-2 həftə ərzində bilinməlidir. Ondan sonra ətraflı danışa bilərəm. Bir müddət gözləyək”.

Mert Çelik 2020-2022-ci illər aralığında “Neftçi”də bütün yarışlarda 38 oyunda 2 qol vurub, bakılıların heyətində Azərbaycan Premyer Liqasının qalibi adını qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti