Məşhur prezident Regekampfdan imtina etməsinin 3 səbəbini açıqladı

1 İyul 2022 16:40 Neftçi 2 352
Məşhur prezident Regekampfdan imtina etməsinin 3 səbəbini açıqladı

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Styaua”nı çalışdıra bilərmiş.

Rumın həmkarımız Krayova “Universitatya”sından ayrılandan sonra işsiz qalan 46 yaşlı çalışdırıcının “Styaua”nın sükanı arxasına keçəcəyini təxmin edirmiş.

Regekampfın Rumıniya nəhəngi ilə uğurlu illər keçirdiyini nəzərə alsaq, jurnalistlər və azarkeşlər məşhur klubun məşhur prezidenti Cici Bekalinin “Styaua”nı yenidən ona tapşıracağını düşünürmüş.

Lakin Bekali buna gərək duymayaraq, yola Toni Petrea ilə davam etməyi qərara alıb.

“Styaua”nın nüfuzlu başqanı Regekampfın “Neftçi”yə keçməsindən sonra ona güvənməməsinin 3 səbəbini “Digi Sport”a açıqlamasında dilə gətirib:

“100 dəfə demişəm, yenə təkrar edirəm. Bizim komandanı çempion etmiş bacarıqlı baş məşqçimiz var. Bu, bir.

İkincisi, komandanın oyununu çox bəyənirəm. Əla kombinasiyalar görürəm, topa nəzarət hər zaman tərəfimizdə olur. Komandada hər şey ürəyimcədirsə, baş məşqçini niyə dəyişməliyəm? Məntiq nədir?

Bir də ki, aylıq 10 min avroya çalışan məşqçi qala-qala, nəyə görə 25 min istəyəni gətirməliyəm? Bahalı məşqçi gətirib yeni komanda formalaşdırmağın heç bir məntiqi əsası yoxdur. Toni özünü lazımi qədər sübut etməyi bacardı”.

Regekampf 2012-2014 və 2016-2017-ci illər aralığında çalışdırdığı “Styaua” ilə 2 dəfə ölkə çempionu adını qazanıb, liqa kubokuna, ölkə kubokuna və superkuboka sahib olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"