
“Neftçi” mənim üçün nə deməkdir? Çox şey! Hər şey”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq forvardı Bahodir Nasimov deyib.
Bakılıların formasını geyindiyi 2010-2014-cü illər aralığında meydana çıxdığı 103 oyunda rəqib qapılarına 41 dəfə yol tapan özbəkistanlı legioner burada keçirdiyi günləri hələ də unuda bilmədiyini söyləyib:
“Neftçi” karyeramda ilk və son dəfə çempion olduğum komandadır.
“Neftçi” ilk və son dəfə ölkə kubokunu qazandığım komandadır.
“Neftçi” karyeramda ilk və son dəfə bombardirlik yaşadığım komandadır.
Belə deyim, futbolçu karyeramda ən yüksək nə qədər uğur varsa, demək olar hamısı “Neftçi”nin adı ilə bağlıdır”.